Hər kəsin redaktə edə biləcəyi azad ensiklopediya olan
Vikipediyaya xoş gəlmisiniz!
Hal-hazırda Azərbaycanca Vikipediyada 219.273 məqalə mövcuddur.
Boqdan Stupka 27 avqust 1941-ci il tarixində Ukrayna SSR-in Lvov vilayətinin (hazırda Lvov rayonu) Kulikov qəsəbəsində anadan olmuşdur. 1948-ci ildə ailəsi ilə birlikdə Lvov şəhərinə köçmüşdür. Politexnik institutuna qəbul ola bilmədiyi üçün bir müddət çilingər şagirdi kimi çalışmış, daha sonra astronomiya laboratoriyasında fotoqraf (dəyişən ulduzlar üzrə laborant-hesablayıcı) vəzifəsində fəaliyyət göstərmişdir. (Davamı...) |

- İngiltərə millisinin və "Bavariya"nın hücumçusu Harri Keyn (şəkildə) "Qızıl top" 2026 mükafatının qalibi olub.
- İstanbulda daşqınlar səbəbilə 8 nəfər ölüb və 6 nəfər itkin düşüb.
- Cənubi Afrika hüquqşünası Navi Pilley "Nobel" sülh mükafatına layiq görülüb.
Aktual hadisələr: İran müharibəsi • Rusiya–Ukrayna müharibəsi

- İspaniyanın Xuskar kəndi 2011-ci ildə "Şirinlər" filminin premyerası münasibətilə "Sony España" tərəfindən göy rəngə boyanmışdır (şəkildə).
- 1846-cı ildə "Eremina desertorum" növünün bir nümunəsi ölü hesab olunaraq kataloq kartoçkasına yapışdırılaraq Britaniya Muzeyinə gətirilsə də, 1850-ci ildə hələ də sağ olduğu məlum olub.
- 2003-cü il İraq müharibəsi zamanı çoxlu sayda internet istifadəçisi yanlışlıqla Avstraliyanın Baqdad qəsəbəsinin rəsmi saytına müraciətlər ünvanlayırdı.
- İzmirdə baş tutan ənənəvi Rakıspor–Şarapspor futbol oyunlarında oyunçular və hakimlərin meydana sərxoş halda çıxması məcburi idi.
- ABŞ Strateji Komandanlığı tərəfindən hazırlanmış CONOP 8888 planı mülki şəxsləri və hakimiyyət orqanlarını zombilərdən qorumaq üçün nəzərdə tutulub.
- 1816 — Varşava Universiteti təsis edildi.
- 1946 — Əfqanıstan, İslandiya və İsveç BMT üzvlüyünə qəbul edildilər.
- 1900 — Bakı əhalisi və polisin fəaliyyətindən bəhs edən "Bakı camaatının həyatı və Böyük Knyaz prospekti ilə hərəkəti" filmi ilk dəfə nümayiş olundu.
- 1946 — BMT irqi və dini ayrı-seçkiliyi pisləyən qətnamə qəbul etdi.
- 1969 — Pele Rio de Janeyronun Marakana stadionunda futbol yarışlarında 1000-ci qolunu vurdu.
- 1977 — Misir prezidenti Ənvər Sadat İsrailə səfər etmiş ilk ərəb lideri oldu.
- 1979 — SSRİ-də ilk sürət qatarı (200 km/saat) Moskva-Leninqrad reysi ilə hərəkətə başladı.
- 1985 — ABŞ prezidenti Ronald Reyqan Cenevrədə SSRİ lideri Mixail Qorbaçovla görüşdü.
- 1987 — 1931-ci il istehsalı olan "Bugatti Royale" hərrac yolu ilə avtomobil tarixində o dövrə qədərki ən baha qiymətə — 5,5 milyon dollara satıldı.
Digər günlər: 18 noyabr – 19 noyabr – 20 noyabr
Vikimedia Fondunun digər layihələri
Vikilüğət Lüğət və tezaurus
Vikisitat Sitatlar toplusu
Vikikitab Azad dərsliklər və təlimat kitabları
Vikimənbə Azad əsər kitabxanası
Vikixəbər Azad xəbər mənbəyi
Vikiversitet Tədris materialları
Vikinövlər Bioloji növlərin sistematikası
MediaViki Viki proqram təminatının təkmilləşdirilməsi
Vikidata Ortaq verilənlər bazası
Vikianbar Ortaq media anbarı
Vikisəyahət Azad səyahət təlimatçası
Meta-Viki Vikimedia koordinasiya mərkəzi
Source: This content is adapted from Ana səhifə on Wikipedia
Licensed under Creative Commons Attribution-ShareAlike 4.0 International (CC BY-SA 4.0)



